Azərbaycanın şimal rayonlarına qar yağdı
12 Aprel 2015 17:48 (UTC+04:00)
AzNews.az APA-ya istinadən xəbər verir ki, Quba rayonunun Xınalıq kəndinə 10 sm, Qırız yaşayış məntəqəsinə 10 sm, Qonaqkənd, Nohurdüzü, Rük və Susaya isə 3-4 sm qar düşüb.
Qusar rayonunun Ləzə kəndində də 3 sm qalınlığında qar qeydə alınıb.
Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, temperatur bəzi yaşayış məntəqələrində mənfi 3-4 dərəcəyə düşüb.
Yağıntılı hava şəraiti aprelin 14-dək davam edəcək.