Dağıstan DİN: “Baş verənlər terror aktı deyil”

9 Oktyabr 2012 12:05 (UTC+04:00)
Dağıstan Daxili İşlər Nazirliyi Mahaçqalada bu gün səhər saatlarında baş vermiş 2 partlayışla bağlı açıqlama verib.

AzNews.az-ın ria.ru saytına istinadən verdiyi xəbərə görə, Dağıstan Daxili İşlər nazirliyinin nümayəndəsi partlayışın hansı səbəbdən baş verməsinə dəqiq açıqlama gətirməyib.

O, Sadəcə partlayışın terror aktı olmaması ilə bağlı məlumat verməklə kifayətlənib.

Sadiq Musa
AzNews.az