“Cəhənnəmin qapısı” Çində tapıldı

13 Aprel 2015 08:55 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Jenmin jibao" qəzeti yazıb.

Ekspertlərin fikrincə, tapılan "qapının" içərisində müsbət 800 dərəcə temperatur var. Bu baxımdan onun dərinliyini ölçmək mümkün olmayıb.

"Cəhənnəmin qapısı"na uyğur türklərinin yaşadığı Urumçidə rast gəlinib. "Qapı"nın içərisindən bayıra qığılcım və isti hava çıxır.

Yerli sakinlər buranı "cəhənnəmin qapısı" adlandırırlar. Bu haqda "Sunday Express" nəşri geniş yazı dərc edib. Alimlər isə hesab edir ki, yerin altından çıxan istilik kömür yataqlarının yanması nəticəsində yaranır.



Qeyd edək ki, belə "qapı" Türkmənistanda da mövcuddur. "Darvaza" adlı həmin yerdə də bayıra qığılcım və yüksək dərəcəli istilik püskürür.