Malala Yusifzainin adı asteroidə verildi
13 Aprel 2015 00:03 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı yayıb.
Bu ad 18 yaşlı pakistanlı qıza ABŞ astronomu Emi Maynzer tərəfindən verilib. O, Yusifzaiyə belə məzmunda məktub yazıb: "Mənim elmi rəhbərim Kerri Nyucent bir faktı açıqladı ki, indiyədək verilən asteroidlərin adı böyük əməyi olan qadınlara verilməyib".
Qeyd edək ki, astronom "316201" adlı asteroidi 2010-cu ildə kəşf edib.
4 km diametri olan asteroid Yupiterlə Marsın arasındakı asteroidlərin çərgəsində yerləşir və Günəşin ətrafında fırlanır.