11 ildə 10 dəfə nikaha girdi və tutuldu
13 Aprel 2015 10:43 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Associated Press" agentliyi yayıb.
Nyu-York şəhərinin sakini 39 yaşlı Liana Barrientos nikah bağlayarkən saxta sənədlər verdiyinə görə həbs edilib.
Qadın ilk dəfə 1999-cu ildə ərə gedib. Onun nikah mərasimlərinin 2-si Bronksda, digərləri isə Lonq-Aylenddə həyata keçirilib.
Liananın atdığı bu addımın motivləri açıqlanmır.