Polşa prezidenti tramvayda qəzaya düşdü – FOTO

13 Aprel 2015 11:55 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Dziennik.pl" saytı yayıb.

Məlumata görə, insident prezidentin seçki kampaniyası çərçivəsində həyata keçirdiyi tədbirdə baş verib.

Prezident dünən bazar günü Lodz bölgəsinə gələrək Konstantınuv-Lodzinski şəhərində retro-tarmvaya minib. Ancaq onun bu gəzintisi uzun sürməyib, tramvay relsdən çıxıb. Hadisə zamanı prezident və onu müşayiət edənlərdən heç kəs xəsarət almayıb.

Komorovski bu hadisəyə yumorla yanaşıb. O, daha sonra yolu prezidentə məxsus avtobusla davam edib.

Hazırda qəzanın səbəbləri araşdırılır.