Gülər Əhmədova prokurorluqda dindirildi

9 Oktyabr 2012 13:01 (UTC+04:00)
Milli Məclisin sabiq deputatı Gülər Əhmədova prokurorluqda dindirilib. APA-nın məlumatına görə, ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntü ilə bağlı başlanmış cinayət işi üzrə G. Əhmədova Bakı şəhər Prokurorluğunda ifadə verib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib. Bildirib ki, Gülər Əhmədova həmin cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda şahid qismində dindirilib.

AzNews.az