İran prezidenti Azərbaycana gəlir

9 Oktyabr 2012 13:27 (UTC+04:00)
Oktyabrın 14-də İranın xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycana səfərə gələcək. Bu barədə AzNews.az-a açıqlamasında İranın Azərbaycandakı səfirliyinin yeni mətbuat katibi Seyid Mühəmməd Ayətullahi məlumat verib.

O söyləyib ki, oktyabrın 16-da isə İran prezidenti Mahmud Əhmədinejad da Bakıya gələcək. Onun sözlərinə görə, səfər çərçivəsində M.Əhmədinejad və Ə.Salehi oktyabrın 16-da Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 12-ci Zirvə Sammitində iştirak edəcəklər. Səfirlik sözçüsü deyib ki, sammit çərçivəsində İran prezidentinin təkbətək görüşlər keçirməsi də gözlənilir.

Qeyd edək ki, sammitdə İƏT-ə üzv dövlətlərin hökumət və dövlət başçıları iştirak edəcəklər. Sammit çərçivəsində isə İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Vasif Həsənli
AzNews.az