Ramil Səfərovun toyundan ALINMAYAN REPORTAJ

9 Oktyabr 2012 18:10 (UTC+04:00)


Bu gün Macarıstandan qayıtmasını böyük sevinclə qarşıladığımız Milli Ordunun zabiti Ramil Səfərovun toy günüdür.

Bu xoş günü lentə almaq və reportaj hazırlamaq üçün yollandıq məclisin keçirildiyi "Meridian" şadlıq sarayına. Qapının önündə duran təhlükəsizlik əməkdaşları jurnalist olduğumuzu bilib, bizə çəkiliş üçün heç bir imkan verilməyəcəyini dedilər.

Amma öyrəndik ki, mərasimə ictimai-siyasi xadimləri, xalq artisti Arif Babayev, tanınmış müğənnilər qatılıb.

Məlumata görə, zabitimiz nişanlısı ilə şadlıq sarayına xüsusi bəzədilmiş maşınla gəlməyib və bunun təhlükəsizlik baxımından edildiyi deyilib.

Toydan reportaj hazırlaya bilməsək də, zabitimizə ailə səadəti arzulayır, xoşbəxtlik diləyirik.

Sadiq Musa
AzNews.az