İstanbulda bomba həyəcanı – Dağıstanlı qız polisi ayağa qaldırdı

14 Aprel 2015 15:44 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Habertürk" telekanalı yayıb.

Məlumatda deyilir ki, Dağıstan əsilli Rusiya vətəndaşı Patimat Abdulhəmidovanın üzərində bomba var. Bu səbəbdən polis onun ələ keçirilməsi üçün hərəkətə keçib.

Patimatda bomba olduğu haqda xəbəri onun həbs edilən qardaşı 1988-ci il təvəllüdlü Hacımurad Hacıyev deyib. O, İstanbul Sabiha Gökçen Hava Limanının polis şöbəsinin idarəsinə müraciət edərək Patimatın canlı bomba olduğunu deyib.

Qeyd edək ki, Dağıstan əsilli Rusiya vətəndaşı Diana Ramazova da Sultanəhməd Turizm Şöbəsinin İdarəsinə hücum edib. Həmin vaxt polis məmuru Kənan Kumaş şəhid olub.