Dövlət Qulluğu strategiyası və Məcəlləsi hazırlanır

10 Oktyabr 2012 04:57 (UTC+04:00)
Azərbaycanın Dövlət Qulluğu strategiyası və Məcəlləsi hazırlanır. AzNews.az-un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının (DQMK) sədri Bəhrəm Xəlilov məlumat verib.

Sözügedən sənədlərin DQMK tərəfindən hazırlandığını vurğulayan B.Xəlilov deyib ki, hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir.

DQMK sədri dövlət qulluğunda çalışan işçilərin əmək haqqları ilə bağlı məsələyə də toxunub. O qeyd edib ki, dövlət qulluqçuları əmək haqqlarının onların fəaliyyətlərinə uyğunlaşdırılması nəzərdə tutulur: "2014-cü ilədək bu sənədin hazırlanması planlaşdırılır. Amma DQMK olaraq biz bu sənədin daha tez hazırlanmasını istəyirik".

Elnarə Əliosmanqızı
AzNews.az