Fəttah Heydərov Milli Məclisdə komissiya üzvü təyin edildi - QƏRAR

15 Aprel 2015 12:17 (UTC+04:00)

AZNEWS.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qərarda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində aşağıdakı dəyişikliklər edilsin:

1. Budaq Əbdüləli oğlu Budaqov və Həsən İbrahim oğlu Mirzəyev vəfatları ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibindən çıxmış hesab edilsinlər.

2. Əhəd Mikayıl oğlu Abıyev, Əli Musa oğlu Qasımov və Fəridə Cəfər qızı Məmmədova Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının üzvlüyündən azad edilsinlər.

3. Azərbaycan Respublikası Milli Məclisi Regional məsələlər komitəsi sədrinin müavini Fəttah Səməd oğlu Heydərov və AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Mahmud oğlu Məmmədov Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının üzvləri təyin edilsinlər".