“Gənclərin Azərbaycan dilində yazmaq bacarıqları aşağıdır“

10 Oktyabr 2012 05:23 (UTC+04:00)
DQMK sədri dövlət qulluqçularının Azərbaycan dilini bilməməsinə görə işdən çıxarılmasından danışdı

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) sədri Bəhrəm Xəlilov dövlət qulluğunda çalışanların Azərbaycan dilini bilməməsinə görə işdən çıxarılması məsələsinə münasibət bildirib.

DQMK-nın sədri B.Xəlilov jurnalistlərə açıqlamasında deyib ki, 1 ildən çoxdur ki, komissiya dövlət qulluğunda vakant yerlər üçün Azərbaycan dili biliklərinə dair suallar hazırlayır. Onun sözlərinə görə, dövlət qulluğu ilə bağlı elan olunan müsabiqələrdə gənclərin Azərbaycan dilində yazmaq bacarıqları aşağı olub: "İnzibati vəzifə tutanlarla bağlı qərarlar fərdi şəkildə verilə bilər. Həmin qərarlar isə qanuna uyğun olmalıdır".

Elnarə Əliosmanqızı
AzNews.az