“Şəhərlilər”in yeni hədəfi

10 Oktyabr 2012 05:35 (UTC+04:00)

Sonuncu Premyer Liqa çempionu "Mançester Siti" yay tranfer dönəmində "Atletika Madrid"in Kolumbiyalı qolçusu Radamel Falkaonu transfer etməyə hazırlaşır.

AzNews.az Goal.com-a istinadən xəbər verir ki, hücumçu üçün klub rəhbərliyinə təlimat verən "Mançester Siti"nin baş məşqçisi Roberto Mançini yay transfer dönəmində də Falkaonu istəmişdi.

Bu mövsüm La Liqada 9 qol vuran ulduz oyunçu Lionel Messi və Ronaldonun önündə, qol krallığı siyahısında birincidir.

Elman Bakuvi
AzNews.az