Toyun səhərisi özünü öldürdü - FACİƏ
10 Oktyabr 2012 06:13 (UTC+04:00)
Azərbaycanın Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Qiyamadınlı kəndində qeydə alınıb.
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Gülnarə Pərvaz qızı Hüseynova özünü asaraq intihar edib.
Məlumata görə, G. Hüseynovanın dünən toyu olub. O, ötən gün gəlin gəldiyi evdə özünü öldürüb.
AzNews.az