“Yaşlı aktyorlar səhnədən getməlidir”

10 Oktyabr 2012 06:34 (UTC+04:00)


"65 yaşdan sonra insanların əksəriyyəti xəstə hal olur. Bu insanları teatrda saxlamaq nə dərəcədə düzgündür? O, insanın ki, yaradıcılıq imkanları səhnəyə yol verirsə, teatr belələrinə həmişə möhtacdır". Bunu AzNews.az-a Musiqili Komediya Teatrının direktor müavini Elxan Ocaqov dedi.

E.Ocaqovun fikrincə, gəncləri kənarda qoymaq olmaz: "Axı gənc istedadlılara da yol açmaq lazımdır. Gənc hiss etməlidir ki, o, teatra gərəklidir. Bir gənc ki, teatrda quruluş verilən əsərlərdə rol almır, o, necə həvəslənə bilər? Bu gəncləri yetişdirmək üçün yaşlı sənətkarlardan istifadə etmək lazımdır".

Bahar Rüstəmli
AzNews.az