Hava limanında terror

10 Oktyabr 2012 06:43 (UTC+04:00)
Londonun ən izdihamlı Hitrou hava limanında 2 terrorçu saxlanılıb. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, London polisi 26 yaşlı şəxsi və bir xanımı saxlayıb. Onlar hava limanında terror aktı törətmək cəhdində şübhəli bilinirlər.

Polisin verdiyi məlumata görə, şübhəli şəxslər Britaniyaya Misirdən gəliblər və Suriyaya getmək istəyirmişlər. Onların hazırda polis nəzarəti altında olduğu və dindirildikləri bildirilir.

Sadiq Musa
AzNews.az