Sevinc Babayeva haqqında həbs-qəti imkan tədbiri seçildi - EKSKLÜZİV

10 Oktyabr 2012 07:51 (UTC+04:00)

Sabiq millət vəkili Gülər Əhmədova ilə ABU-nun keçmiş rektoru Elşad Abdullayeva arasında vasitəçilik edən Sevinc Babayevaya haqqında həbs-qəti imkan tədbiri seçilib.

AzNews.az-a daxil olan məlumata görə, ötən həftənin 5-ci günü Yasamal Rayon Məhkəməsini qərarı ilə onun saxlanılması və istintaqın başlanılması üçün qərar qəbul edilib.
Bildirək ki, elə məhkəmə zalında Sevinc Babayevanın həbsə atılmasının mümkün olmadığı bildirilib. Səbəb kimi isə onun bir neçə gün əvvəl Türkiyənin İstanbul şəhərinə qaçdığı bildirilib.

Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.
Məlumatına görə, Sevinc Babayeva hüquqşünaslıq üzrə fəlsəfə elmləri doktorudur.

Gülnar Ağayeva
AzNews.az