Böyük şirkətlər İranı tərk edir

10 Oktyabr 2012 08:06 (UTC+04:00)


Sərt beynəlxalq sanksiyalarla üzləşən İran daxili iqtisadi gərginlik mərhələsinə qədəm qoyub. AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, böyük kompaniyalar bu ölkəni tərk etməyə başlayıblar. Onlardan biri İranda yük daşımalarını həyata keçirən beynəlxalq Maersk konsernidir.

Şirkətdən verilən məlumata görə, artıq İranda işləmək üçün əlverişli mühit yoxdur və sanksiyalar ucbatından vəziyyət hər gün daha da pisləşir. Şirkətdən onu da bildiriblər ki, bu qərarı vermək üçün şirkətin idarə heyətinin üzvləri çox düşünüblər və nəticədə qərara gəliblər ki, onlar daha böyük müştəriləri olan ABŞ-la münasibətləri korlamamaq üçün ölkədən çıxmalıdırlar.

Sadiq Musa
AzNews.az