Lukaşenko Qərbi ittiham etdi - “İnqilab ixracı”

10 Oktyabr 2012 08:55 (UTC+04:00)
Belarus prezidenti Qərbi obrazlı desək yaş yuyub quru sərib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Lukaşenko Şimali Afrikada və Yaxın Şərqdə vəziyyətin daha da gərginləşəcəyini deyib. O, bütün baş verənlərə görə qərb dövlətlərini ittiham edib və onları inqilab ixracında günahlandırıb.

"Bu özünü "demokratiya ekspertləri" hesab edən dövlətlər ölkələrin daxili işlərinə qarışırlar hansı ki, xalqlar özləri bu problemləri çözməlidirlər. Onlar ərəb dövlətlərini qarışdırdılar, Şimali Afrikanı qarışdırdılar daha hansı dövlətləri qarışdıracaqlar"?

Lukaşenko böhranların yaşandığı bütün ölkələrin ABŞ-la yaxın əlaqədə olduqlarını da bildirib əlavə edib ki, bu əlaqədən ölkələr ancaq böhran qazanıblar.

Sadiq Musa
AzNews.az