Mənzildə 69 yaşlı qadının meyidi tapıldı
19 Aprel 2015 22:23 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı FHN yayıb.
Məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, mənzildə 1946-cı il təvəllüdlü Tağızadə Ayna Müzəffər qızı bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.