“Rastişka” satışdan yığışdırıldı

10 Oktyabr 2012 08:38 (UTC+04:00)
AzNews.az-a daxil olan məlumata görə, Azərbaycan bazarında reklamları ilə tanınan "Rastişka" yoqurtlarının satışı dayandırılıb. Artıq super marketlərdə süd və digər qida məhsulları istehsalçısı olan Fransanın "Danone" şirkətinin məhsulu olan bu yoqurtların satışı həyata keçirilmir.

AzNews.az-ın bir neçə super marketdə apardığı müşahidələr xəbəri təsdiqləyib. Satıcılar sözügedən məhsulun satışının dayandırılması səbəbləri barədə məlumatlı olmadıqlarını vurğulayıblar. Onların sözlərinə görə, sadəcə son günlər satış üçün bu markadan olan yeni məhsullar gətirilmir.

Elnarə Əlosmanqızı
AzNews.az