Təyyarəni Bakıya endirən danimarkalı öldü - Sabunçu xəstəxanasında

20 Aprel 2015 12:32 (UTC+04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Publika.az-a verdiyi məlumata görə, Danimarka vətəndaşı 75 yaşlı Alen Lasten ağciyər-ürək çatışmazlığı ilə 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib.

"O, xəstəxanaya çatdırılanda vəziyyəti ağır olub. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

A.Qədirli bildirib ki, o, xəstəxanaya aparılanda qızı da yanında olub. Hazırda xəstəxananın morqunda saxlanılan meyitin ölkəsinə qaytarılması istiqamətində iş aparılır.

Xatırladaq ki, ötən gün Norveç aviaşirkətinə məxsus Banqok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib.