Nazirdən Beynəlxalq Bankın yeni sədri barədə- Açıqlama

20 Aprel 2015 19:24 (UTC+04:00)


Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.

Onun sözlərinə əsasən, bankın İdarə heyətinin üzvlərinin səlahiyyət müddəti bu ilin iyulunda başa çatır: "Həmin vaxt səhmdarların ümumi yığıncağı keçiriləcək. Yığıncaqda İdarə heyətinin yeni sədri seçiləcək".

ABB-nin özəlləşdirilməsi məsələsinə gəlincə, nazir qeyd edib ki, bu məsələ heç vaxt gündəmdən düşməyib: "Hökumət strateji vacib aktivlər istisna olmaqla ona məxsus aktivlərin özəlləşdirilməsinə həmişə hazır olmalıdır. Azərbaycan Beynəlxalq Bankına gəlincə, hökumət bu məsələdə də eyni fikirdədir".