Kaspşik: “Xankəndi aeroportu Azərbaycanın suveren ərazisində yerləşir”

10 Oktyabr 2012 10:25 (UTC+04:00)


"Xankəndi aeroportunun yerləşdiyi ərazi Azərbaycanın suveren ərazisidir. Bu məsələdə Azərbaycan dövlətinin mövqeyindən çox şey asılıdır. Hər halda Xankəndi aeroportunun qarşılıqlı razılıq olmadan açılması danışıqlar prosesində şəraiti heç də yaxşılaşdırmayacaq". APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik jurnalistlərə açıqlamasında deyib.

Qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının davam etdiyini deyən nümayəndə, son zamanlar zərərçəkənlərin, ölüm hallarının sayının azalmasının sevindirici olduğunu vurğulayıb.

AzNews.az