“Gürcü Arzusu”Rusiya ilə danışıqlara başladı

10 Oktyabr 2012 10:41 (UTC+04:00)
Gürcü Arzusu koalisiyası hökuməti tam təhvil almamış Rusiya ilə danışıqlara başlayıb. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, yeni hökumət Rusiya ilə aparılan Cenevrə danışıqlarını bərpa etmək qərarı verib.

Sabah təşkil olunacaq danışıqlarda iştirak etmək üçün Qeorqi Volski və Zakareişvili Cenevrəyə göndərilib. Zakareişvili səfər üçün yaratdıqları şəraitə görə ilk öncə indiki hakimiyyətə minnətdarlığını bildirib. Səfərlə bağlı isə qeyd edib ki, bu sırf tanışlıq xarakteri daşıyır. Qeorqi isə səfəri proseslə tanışlıq baxımından böyük imkan adlandırıb.

Qeyd edək ki, Cenevrə danışıqları Rusiya ilə Gürcüstan arasında baş vermiş 2008-ci il müharibəsindən sonra başlanıb. Saakaşvili hökuməti Rusiyanın Gürcüstan ərazilərini işğal etdiyini əsas gətirərək danışıqlardan imtina etmişdi.

Sadiq Musa
AzNews.az