Mingəçevir Su Anbarı dağıla bilər

10 Oktyabr 2012 11:00 (UTC+04:00)


Mingəçevir Su Anbarının altında zəlzələ ocaqları var. Bu ərazidə zəif təkanlar olur. Bunu AMİY-nın Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda seysmoloji rayonlaşma xəritəsi hazırlanması olduqca aktual məsələlərdir, lakin sözügedən xəritələrin hazırlaması ilə bağlı bəzi çətinliklər var. Q.Yetirmişli onu da vurğuladı ki, tikintilər aparılan ərazilərdə rəhbərlik etdiyi qurum tərəfindən tədqiqatlar aparılır. Yalnız sonda tədqiqatlarının nəticələri FHN-nə təqdim edildikdən sonra həmin ərazilərdə binaların tikilib-tikilməyəcəyi barədə rəy verilir.

Elnarə Əlosmanqızı
AzNews.az