Gürcü ekspert: “Gürcüstan müqavilələrə yenidən baxacaq“

10 Oktyabr 2012 11:45 (UTC+04:00)
Gürcü ekspert Soso Çiskarişvili maraqlı açıqlama verib. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, Çiskarişvili bildirib ki, indi ölkədə ikitirəlik yaranıb. Buna səbəb isə, Saakaşvilinin həm yeni hökumətə yaşıl işıq yandırması və eyni zamanda əvvəl sahib olmadığı səlahiyyətləri ələ keçirməsidir.

Saakaşvili həm Daxili İşlər Nazirliyinin, həm də Dövlət İnvestisiya Agentliyinin səlahiyyətlərini öz əlinə alıb. Ekspertin sözlərinə görə, bu ölkə və onun strateji obyektləri üçün ciddi təhlükə yaradır.

Gürcü ekspert Saakaşvili hökumətinin bağladığı müqavilələr də toxunub və bildirib ki, yeni hökumət vəziyyətdən çıxmaq üçün bütün müqavilələrə yenidən baxa bilər. "Ola bilər ki, Saakaşvili hökuməti bütün strateji məsələlərlə bağlı milli maraqlara zidd qərarlar qəbul edib. Yeni hökumət vəziyyətdən çıxmaq üçün müqavilələrə yenidən baxa bilər".

Ekspert hansı müqavilələrə yenidən baxıla biləcəyini deyib. "Oktyabrın 2-dən sonra imzalanmış müqavilələrə baxıla bilər".

Sadiq Musa
AzNews.az