Futbolçu 60 milyon avroya satılır

10 Oktyabr 2012 11:47 (UTC+04:00)
Avropanın ən böyük klublarının transfer siyahısında yer alan Radamel Falkao klubu "Atletiko Madrid" tərəfindən satışa çıxarılıb. AzNews.az Goal.com-a istinadən xəbər verir ki, oyunçunu transfer etmək istəyən komanda 60 milyon avrosundan keçməli olacaq.

"Atletiko Madrid"in baş meneceri Migel Angel Gil Marin bildirib ki, "Falkaonun transferindən gələn gəlir klubun maddi çətinliklərini həll edə bilər. Ancaq, mövsümün sonuna qədər onu komanda da tutmaq məcburiyyətindəyik. Ancaq məşqçimizin istədiyi hər bir oyunçu komandada qalacaq".

Elman Bakuvi
AzNews.az