Kolun “üzr”ü qəbul olundu

10 Oktyabr 2012 12:31 (UTC+04:00)
"Çelsi"nin müdafiəçisi Aşli Kol Futbol Federasiyasını hədəf alan təhqiramiz Tvitleri üçün üzr istədiyi haqqında məlumat vermişdik. AzNews.az Ntvspor.net-ə istinadən xəbər verir ki, federasiya oyunçunun üzrünü qəbul edib. Bundan başqa, federasiya təcrübəli oyunçuya milli oyunlar öncəsi cəza verməmə qərarı aldı.

Kolun San Marino və Polşa ilə oynanılacaq oyunlar öncəsi milli komandadan ayrı qalacağı gözlənilirdi. Ancaq onun şəxsən federasiya prezidenti Devid Bernsetinden üzr istəməyi məsələni yumşaltdı.

Elman Bakuvi
AzNews.az