Övladlarından xalq artistinə efir qadağası

10 Oktyabr 2012 12:35 (UTC+04:00)


Azərbaycanın xalq artisti, görkəmli aktyor Siyavuş Aslanın səhhətində pisləşmə müşahidə olunur. Aktyorun müalicəsi hələ də ev şəraitində davam etdirilir.

Aktyorun oğlu Çingiz Aslanın APA-ya verdiyi məlumata görə, Siyavuş Aslanın səhhəti daha da ağırlaşıb: "Onun vəziyyəti əvvəldən yaxşı deyil. Amma müalicəsi davam etdirilir. Biz artıq istəmirik ki, atamızı bu vəziyyətdə telekanallarda göstərsinlər. Onu çəkməyə və göstərməyə qadağan qoymuşuq. İnşallah, yaxşılaşar və tamaşaçıların qarşısına elə çıxar".

AzNews.az