Daha bir tanınmış Media FM-i tərk edir - EKSKLÜZİV

10 Oktyabr 2012 18:29 (UTC+04:00)


Radio dinləyicilərinin yaxşı tanıdığı, 105.5 - Media FM radiosunun baş redaktoru, aparıcısı Teymur Əliyev 106.3 FM-ə transfer edir. Tanınmış jurnalistin bu günlərdə 106.3-ə yüksək vəzifəyə dəvət aldığı və bu dəvəti qəbul etdiyi bildirilir. AzNews.az-a daxil olan məlumata görə, Teymur Əliyev oktyabrın sonunda yeni iş yerində fəaliyyətə başlayacaq.

Xatırladaq ki, bu, 2 ay ərzində Media FM-dən ATV-yə daxil olan struktura ikinci transferdir. Sentyabrın əvvəllərində Media FM-dəki "Avtostop" verilişinin müəllifi və aparıcısı Tural Yusifov da öz proqramı ilə birlikdə 106.3 Radiosuna keçib.

Bundan əlavə, mənbəmiz bildirir ki, əvvəllər 105.5 - Media FM radiosunda işləmiş, indi ATV kanalında efirə gedən "Çox yaşa" verilişinin aparıcısı da 106.3 FM-ə dəvət alıb. Onun da bu radioda aparıcı kimi fəaliyyətə başlayacağı bildirilir.


Mətin Cavadov
AzNews.az