Çanaqqalaya həsr olunan tədbirdən Reportaj (FOTOLAR)

24 Aprel 2015 18:03 (UTC+04:00)

AzNews.az-ın tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edərək Türkiyəyə qarşı Birinci Dünya Müharibəsinin üstüörtülü şəkildə davam etdiyini deyib.



Türkiyə prezidenti arxivləri açmaqla bağlı məsələyə də toxunub: "Avropa bizdən arxivləri açmağı tələb edir. Mənim əcdadım zalım deyil. Ona görə də hətta hərbi arxivləri də açmağa hazırıq. Ermənistan və üçüncü ölkələr də əllərində nə varsa, ortaya qoysunlar. Ermənilər üçün ağlayanlar həmin dönəmdə şəhid olan dörd milyon müsəlmanı da unutmasınlar".



Tədbirə qatılan Türkiyənin baş naziri Əhməd Davudoğlu Çanaqqalada döyüşənlərin tarix yazdıqlarını deyib: "Çanaqqala qəhrəmancasına, həm də centlmencəsinə bir savaş idi. Hər iki tərəf əxlaq çərçivəsində savaşdılar. Təəssüf ki, Birinci Dünya Müharibəsində araqarışdıranlıq edənlər yenidən ortalığı bir-birinə vurmaq istəyir. Biz buna imkan verə bilmərik".

Məlumat üçün bildirək ki, İstanbul Barış Zirvə Toplantısına Avstraliya baş naziri Tonny Abbott, Yeni Zenlandiya baş naziri Con Key, İraq prezidenti Fuad Masum, Azərbaycan baş nazirinin müavini Əli Əhmədov və bir çox dövlətin nümayəndələri qatılıblar.

Tədbir hazırda davam edir.