Atəşkəs yenə pozuldu

11 Oktyabr 2012 05:01 (UTC+04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində, Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu və Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az