Bu gecə Azərbaycanda bir neçə evdə yanğın oldu

25 Aprel 2015 10:09 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, ilk yanğın hadisəsi Bakı şəhəri, Yasamal rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Lənkəran rayonu, Şiləvar kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan hamamda lambirdən ibarət tavan 4 kv.m sahədə yanıb.

Bakı şəhəri, Səbail rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.

Gəncə şəhəri, Kəpəz rayonunda isə beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin dəhlizində 6 kv.m sahədə döşəmə və məişət tullantıları yanıb.