Neftin qiyməti 65 dollardan yuxarı oldu

25 Aprel 2015 10:45 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, Londonun İCE birjasında Brent markalı neftin bir barelinin qiyməti 0.66 faiz çoxalaraq 65.28 dollar olub.

WTI markalı neftin qiymətində də artım olub. Nyu-York birjasında bu markadan olan neftin bir barelinin qiyməti 1.22 faiz yüksələrək 57.15 dollar təşkil edib.