Futbolçu Baş Nazirlə görüşdü
11 Oktyabr 2012 05:00 (UTC+04:00)
8 illik "Fənərbaxça" macərasına qalmaqallı şəkildə son qoyan Aleks de Souza Türkiyənin Baş Naziri Rəcəb Teyyub Ərdoğanla görüşüb.
AzNews.az Goal.com-a istinadən xəbər verir ki, 1 saat 15 dəqiqə çəkən görüşdə idman icmalçısı Rıdvan Dilmən də iştirak edib.
Ərdoğan Aleksdən Türkiyədə bir klubda futbol həyatına davam etməsini, ümumiyyətlə ölkə ilə əlaqələrini kəsməməsini istəyib.
Görüşdən sonra Ərdoğan Aleksə və onun ailəsinə müxtəlif əşyalar hədiyyə edib.
Elman Bakuvi
AzNews.az