“Milan”ın yeni hədəfi

11 Oktyabr 2012 05:20 (UTC+04:00)
Mövsümə pis başlayan və qış transfer dönəmində hərəkətli günlər keçirməsi gözlənilən "Milan"ın Eşli Kol üçün "Çelsi"nin qapısına döyməsi gözlənilir.

AzNews.az Goal.com-a istinadən xəbər verir ki, 6 sezon əvvəl Arsenaldan "Çelsi"yə transfer olan Kol, klubu ilə 7 kubok qazanıb. Bundan başqa oyunçu sabah İngiltərə milli komandası ilə kariyerasında 99-cu rəsmi oyununa çıxacaq.

31 yaşındakı oyunçu ilə mövümün sonunda müqaviləsi bitəcək "Çelsi" oyunçuya yalnız 1 illik müqavilə təklif edib.

Elman Bakuvi
AzNews.az