ABŞ səfirinin öldürülməsi kimə lazım imiş? - Müəmma

11 Oktyabr 2012 05:04 (UTC+04:00)
Liviyadakı ABŞ hərbi missiyasının adı açıqlanmayan keçimiş rəhbəri Birləşmiş Ştatlar Konqresinin xüsusi komitəsində bildirib ki, səfir Kristofer Stivensin Benqazidə öldürüldüyü konsulluq binası kifayət qədər müdafiə olunmurdu. Binanın quruluşu elə idi ki, bunun üçün yetərincə imkanlar da yox idi.

168.az dünya mediasına istinadən xəbər verir ki, Ağ Ev administrasiyasında ABŞ-ın Liviyadakı səfirinin qətlə yetirilməsi hadisəsinin terror aktı olduğu bildirilirdi. Amma bunun öncədən planlaşdırıldığına dair hər hansı informasiyanın olmadığı deyilirdi.

Belə bir anda K.Stivensin qətlinin heç də ilk baxışdan göründüyü kimi, Məhəmməd Peyğəmbərlə bağlı çəkilmiş təhqiredici filmə görə qəzəblənmiş kütlə tərəfindən qətlə yetirilməsinin təsadüfi deyil, öncədən təşkil olunmuş hadisə olduğu versiyası qətiləşir. Sual yaranır: ABŞ səfirinin öldürülməsi kimə lazım imiş?

AzNews.az