Çempionumuz 2-ci hissədə üstünlüyü əldən verdi

11 Oktyabr 2012 05:30 (UTC+04:00)
Futzal üzrə UEFA kubokunun elit-raunduna start verilib. Apasport xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan çempionu "Araz" I turda Sloveniyanın "Litija" klubu ilə qarşılaşıb.

Qrup oyunlarına ev sahibliyi edən komanda ilə üz-üzə gələn təmsilçimiz görüşə yaxşı başlayıb. İlk yarıdaca rəqibini 3 dəfə cəzalandıran komandamız fasiləyə 3:0 hesablı üstünlüklə çıxıb. Amma fasilədən sonra "Araz" bu üstünlüyü əldən verib.

Belə ki, qapısından ardıcıl 5 top buraxan Azərbaycan çempionu start matçındaca büdrəyib.

Qrupun açılış oyunu isə daha məhsuldar alınıb. İspaniya "Barselona"sı "Split"in qapısından 18 cavabsız top keçirməklə, yarışın əsas favoriti olduğunu sübut edib.

AzNews.az