Barak Obama və Adriana Lima nahar etdi - Fotolar

26 Aprel 2015 15:06 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarında Ağ Evin jurnalistləri üçün ənənəvi şam yeməyi təşkil edilib.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mərasimə prezident Barak Obama və xanımı Mişel Obama ilə birlikdə digər məşhur qonaqlar da qatılıb. Onlar arasında top-modellər Hanna Devis, İrina Şeyk, Adriana Lima, Anna Vyalitsına olub.

Qonaqlıqda İrina Şeyklə sevgi macərası yaşadığı deyilən aktyor Bredli Kuper də görünüb.

Amma onlardan heç biri şayiələrin davam etməyi üçün zəmin yaratmayıblar. Belə ki, İrina və Bredli bir-biri ilə olduqca rəsmi və məsafəli münasibət qurublar.