Məşhur müğənni soyuldu

11 Oktyabr 2012 05:17 (UTC+04:00)


Məşhur amerikalı müğənni Castin Biber Vaşinqtondakı bir şou zamanı bir sıra şəxsi əşyası oğurlanıb. AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, C. Biber 29 milyon izləyicisinin olduğu "Twitter" sosial şəbəkəsində həmin şouda özünün və menecerinin çox pis vəziyyətdə qaldığını yazıb.

O, oğurlanan bütün əşyalarının adını açıqlamasa da, noutbukunun və kamerasının oğurlandığını qeyd edib. Müğənni xüsusi olaraq vurğulayıb ki, insanlar başqalarının şəxsi əşyalarına sayğı göstərməlidirlər.

Sevinc Fədai
AzNews.az