Abituriyentlərə xəbərdarlıq - 3 gün qaldı

27 Aprel 2015 12:56 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yayıb.

Aprel ayının 27-də saat 11:40-a olan məlumata görə 71550 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. 6457 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb.

Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. Həmin abituriyentlər qəbul imtahanlarlnda iştirak etmək üçün aprelin 30-dək bu prosesi yekunlaşdırmalıdırlar.