2 piyadanı vuran sürücü qaçdı – DİN-dən açıqlama
27 Aprel 2015 14:03 (UTC+04:00)
Daxili İşlər Nazirliyindən Aznews.az-a verilən məlumata görə, hadisəni "Hyundai-Elantra" markalı avtomobilin sürücüsü törədib. Kimliyi bəlli olmayan sürücü 30-35 yaşlarında 2 naməlum qadını vurub. Onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb, digərinin vəziyyəti orta-ağırdır.
Avtomobil Bakı BPİ DYPİ-nin əməkdaşları tərəfindən Zığ yolu küçəsində saxlanılıb, lakin sürücü avtomobildən düşərək qaçıb.
Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.