“Yol terroru”: 4 nəfər öldü

11 Oktyabr 2012 05:26 (UTC+04:00)
Azərbaycanda dünən gün ərzində 21 yol qəzası baş verib. Baş verən qəzalar zamanı 4 nəfər həyatını itirib, 21 nəfər isə xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzaların əksər hissəsi piyadavurmalar nəticəsində törədilib. Digər yol hadisələrinə səbəb isə toqquşma, aşma, maneəyə vurma olub.

Qeyd edək ki, qəzalardan 5-i Bakıda baş verib.

Sevinc Fədai
AzNews.az