“Razi Nurullayev prinsipləri pozduğuna görə xaric edildi” - Milli Şura

27 Aprel 2015 14:58 (UTC+04:00)

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bu faktı təsdiq edib.

O, AzNews.az-a bildirib ki, KXCP-nin sədri Mirmahmud Mirəlioğlunun qurumdan çıxarılması onun öz istəyilə baş verib: "Mirmahmud ağanın və bir sıra KXCP üzvlərinin Milli Şurada fəaliyyətlərini dayandırdıqları haqqında mətbuatda çıxışları olub. Milli Şura da onların istəklərini nəzərə alıb. Razi Nurullayevin məsələsi isə fərqli olub. Onun fəaliyyəti Milli Şuranın prinsip və marağlarına uyğun gəlməyib və bu baxımdan da xariç edilib".

Bahar RÜSTƏMLİ