“Ələkrəm Hümbətov səviyyəsizdir” – Oqtay Əsədov

28 Aprel 2015 13:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, deputat İqbal Ağazadə 1993-cü ildə özünü "Talış-Muğan Respublikası"nın lideri elan edən Ələkrəm Hümbətovu Azərbaycana xəyanət etməkdə və xaricdə ölkəmiz əleyhinə kampaniya aparmaqda ittiham edib.

O, bildirib ki, XİN bu məsələni diqqətdə saxlamalı və ciddi tədbirlər görməlidir. İ.Ağazadə Ə.Hümbtəvoun xarici təşkilatların oyuncağına çevrildiyini, onun cəzalandırılması üçün beynəlxalq təşkilatlara müraciət edilməyin vacibliyini vurğulayıb.

Spiker Oqtay Əsədov isə Ələkrəm Hümbətovu separatçı və xəyanətkar adlandırıb. "O, Azərbaycana xəyanət etmiş adamdır və ümumiyyətlə səviyyəsi yoxdur. Onu burada geniş müzakirə etməyə ehtiyac belə yoxdur".

Nigar