Bakıdan Sumqayıta gedənlərə şad xəbər - Təmir işləri yekunlaşır (VİDEO)

28 Aprel 2015 16:52 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov AZƏRTAC-a bildirib.

Məlumata görə, qatarların sürətli hərəkətini təmin etmək üçün 1, 6 km uzunluğunda yeni xətt çəkiləcək. Bu yol vasitəsilə elektrik qatarı "Baş Sumqayıt" stansiyasına daxil olmadan birbaşa Sumqayıt şəhərinə gedəcək. Qeyd edək ki, təmir işlərinin yaxın vaxtlarda yekunlaşması nəzərdə tutulub. İşlər başa çatdırıldıqdan sonra elektrik qatarları ilə Bakıdan Sumqayıta və ya əks istiqamətə 40 dəqiqə vaxt sərf olunacaq.