BP prezidentin iradlarına münasibət bildirdi

11 Oktyabr 2012 06:50 (UTC+04:00)


"Biz Azərbaycana tam sadiqik və "Azəri-Çıraq-Günəşli" hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik". Bunu APA-ya açıqlamasında "BP-Azerbaijan" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bildirib.

Qeyd edək ki, bu bəyanat Azərbaycan Nazirlər Kabinetinin oktyabrın 10-da keçirilən 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında prezident İlham Əliyev tərəfindən BP şirkətinə qarşı sərt ittiham və tənqidlərə cavab olaraq səsləndirilib.

AzNews.az