Avropa Birliyi Türkiyəni tənqid etdi

11 Oktyabr 2012 07:30 (UTC+04:00)


Avropa Birliyi Komissiyası Türkiyə ilə bağlı hesabat yayımlayıb. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hesabatda ölkədəki vəziyyət tənqid edilib.

Söz azadlığının əslində məhdudlaşdırıldığı vurğulanıb, 95 jurnalistin həbs edildiyi, bir çoxlarının siyasi mövqelərinə görə işdən uzaqlaşdırıldığı qeyd edilib.

Hesabatda Türkiyədəki siyasi vəziyyətə də toxunulub və bildirilib ki, ölkədəki siyasi mühit qütbləşib. Bundan əlavə, kürd probleminin demokratik yollarla həll edilmədiyi tənqidə tuş gəlib və bildirilib ki, Türkiyə bu istiqamətdə yetərli addımlar atmır.

Cəmiyyətin daxili problemi kimi isə evlilik yaşının aşağı olması göstərilib.

Sadiq Musa
AzNews.az